10 avqust 2014 18:55
Stamenkoviç: Partizanla oyunlarda mən tərəfdən problem olmayacaq
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə oyunlarda mümkün qalmaqallarla bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Mən tərəfdən problem olmayacaq. Mən doğrudan da yenidən vətənimdə oynayacağım üçün sevinirəm. "Partizan"ı isə Bakıda yaxşı qarşılayacağıq".
Vaxtilə "Partizan"ın əzəli rəqibi "Crvena Zvezda"da çıxış etmiş qolkiper "Neftçi"nin heyətində iki mövsüm öncə Avroliqanın qrup mərhələsində qarşılaşdıqları bu komanda ilə oyundakı qalmaqalı da yada salıb: "Həmin vaxt rəqabət sadəcə, idman rəqabəti çərçivəsindən çıxmışdı. O zaman münaqişə mənim iradəmdən asılı olmadan yaranmışdı".
