10 avqust 2014 15:00

Rauf Əliyev: Tvente həmin komanda deyil, Partizanı da keçmək olar

"Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində qarşılaşdıqları AZAL ilə səfər oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Hesabı siz açsaz da, qələbə qazana bilmədiz. Buna nə mane oldu?
- Oyuna yaxşı başlamışdıq. Birinci qolu da biz vurduq. Əfsuslar olsun ki, bu üstünlüyümüzü qoruya bilmədik. Rəqib azlıqda qalana kimi daha yaxşı oynayırdıq. Onların oyunçusu qırmızı vərəqə alandan sonra bizdə arxayınlıq yarandı. İkinci qolu vurmaq üçün çoxlu şansımız olsa da, boşa verdik. Rəqibin isə qapımıza yeganə zərbəsi qolla nəticələndi. Məncə, bu, təsadüfi nəticədi.

- Sərgilədiyiniz oyundan razı qaldız?
- Fikrimcə, "Xəzər Lənkəran" indi daha yaxşı oynayır. Amma meydanda futbolçular arasında anlaşma səviyyəsinin daha yaxşı olmasına ehtiyac var. Çünki komanda yeni yığılıb.

- Oyundan sonra Oğuz Çətin sizə nə dedi?
- O, iki xal itkisindən çox narazı idi. Səhvlərimizi açıqladı. Dedi ki, növbəti oyunda daha yaxşı oynamağımıza ehtiyac var.

- Qol vurduqdan sonra hərbi salam verməyiniz çox diqqət çəkdi...
- Mən bunu ona görə etdim ki, azərbaycanlıyam. Şəhidlərimizin cəbhədə həlak olmasına görə özümü pis hiss edirdim. Onlara görə fəxr hiss edirəm. Ona görə də qoldan sonra belə hərbi salam verməyi özümə borc bildim.

- Yeni komandanla ilk rəsmi oyunda qol vurmaq necədi?
- Hədəfimiz çempionluqdu. Amma bunu sözdə yox, nəticələrlə demək lazımdı. Qarşıda uzun bir marafon var. Azarkeşlərimizi sevindirmək lazımdı ki, komandamıza inansınlar.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız...
- Yaxşı hazırlaşmaq lazımdı. Əsas odu ki, yaxşı forma toplayaq.

- Keçmiş klubunuz "Bakı"nın mövsümə başlaya bilməməsi sizi üzmür?
- "Bakı"dan danışmaq istəmirəm. Məni yalnız XL narahat edir.

- Qarşıda yığmamızı Özbəkistanla yoxlama oyunu gözləyir. "Neftçi" və "Qarabağ"ın futbolçuları olmadan oynamaq çətin olmayacaq?
- Onlarsız çətin olacaq. Amma evdə oynayacağıq. Bu da bizim üstünlüyümüzdü. Heyətdən asılı olmayaraq, qələbə qazanmağa çalışacağıq.

- "Qarabağ"la "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsində qələbə qazanmaq şanslarını necə qiymətləndirirsiz?
- Mənim fikrimcə, "Tvente" də, "Partizan" da normal rəqiblərdi. "Tvente" beş il öncəki güclü komanda deyil. "Neftçi" də "Partizan"ı keçə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.