10 avqust 2014 13:35
Rüfət Dadaşovun qolu komandasına kömək etmədi
Almaniyanın cənub-qərbi regional liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun yeni komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Futbolçumuzun komandası doğma meydanda "Nettingen"lə qarşılaşıb. Oyun Rüfətin komandasının 1:2 hesablı məğlubiyyətiylə başa çatıb.
Dadaşov 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da məhz Rüfət vurub. Bu, futbolçumuzun yeni mövsümdəki ikinci qolu olub.
Hazırda Dadaşovun komandası 3 xalla 11-ci yerdə gedir.
