Neftçi darmadağın oldu, Qarabağla İnter böyük hesabla qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, 1-ci turun son oyun günündə üç görüş baş tutub.
Öncə Naxçıvanda bu çempionatın debütantı olan “Araz Naxçıvan”la “Neftçi” qarşılaşıb. Debütant səfərə əsas heyətlə yollanmayan ölkə kubokunun son qalibini darmadağınla yola salıblar.
"Neftçi"dən fərqli olaraq, Avroliqadakı çıxışları o qədər də uğurlu alınmayan digər iki təmsilçimiz - "İnter”lə “Qəbələ” mövsümün açılış turunda bir-biri ilə qarşılaşmalı olub. Paytaxt təmsilçisi iddialı rəqibini 4 cavabsız qolla yenib.
Nəhayət, turun qapanış matçında son çempion "Qarabağ" səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu da mövsümə böyükhesablı qələbə ilə başlayıb.
Topaz Premyer Liqası
1-ci tur
10 avqust (bazar)
Araz Naxçıvan - Neftçi - 3:0 (0:0)
Qollar: D.Janelidze, 51 (1:0), E.Çobanov, 83 (2:0), Janelidze, 90 (3:0).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Naxçıvan Muxtar Respublika stadionu.
Araz Naxçıvan: 12. Kamal Bayramov (k), 2. Aleksandr Krustkeviç, 4. Azər Məmmədov, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov, 16. Emin Cəfərquliyev, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 22. Eşqin Quliyev.
Ehtiyat oyunçular: 23. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Akif Tağıyev, 8. Elmin Çobanov, 9. Vüqar Əsgərov, 11. Ruslan Nəsirli, 14. Elhad Nəziri.
Baş məşqçi: Əsgər Abdullayev.
Neftçi: 1. Emil Balayev, 3. Denis Silva, 8. Elşən Abdullayev, 17. Nicat Qurbanov, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 25. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 6. Pərviz Qaraxanov, 22. Mirabdulla Abbasov, 29. Cavid Muxtarzadə, 33. Orxan Bəşirov, 41. Aqşin Qurbanlı, 42. Orxan Qurbanlı.
Məşqçi: Nazim Əliyev.
İnter - Qəbələ - 4:0 (3:0)
Qollar: A.Amisulaşvili, 9 (1:0), M.Alvaro, 15 (2:0), M.Mirzəbəyov, 22 (3:0), M.Alvaro, 71 (4:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal, 33. Matiya Spiçiç, 80. Nizami Hacıyev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 30. Anar Nəzirov, 7. Ruslan Əmircanov, 9. Viktor Mendi, 11. Andrey Kristya, 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 25. Adrian Ropotan, 26. Pavol Farkas, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 6. Vladimir Levin, 15. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
Sumqayıt - Qarabağ - 0:3 (0:1)
Qollar: Reynaldo, 34 (0:1), avtoqol, 81 (0:2), Reynaldo, 86 (0:3).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov.
Sumqayıt. "Kapital Bank Arena".
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov, 5. Azər Abbasov, 8. Ceyhun Cavadov, 22. Tofiq Mikayılov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Aqil Məmmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Danilo Dias, 20. Riçard Almeyda, 33. Şəhriyar Əliyev, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Bu turun "Bakı" - "Simurq" matçı təxirə salınıb, AZAL - "Xəzər Lənkəran" qarşılaşması isə 1:1 hesabıyla başa çatıb.
