10 avqust 2014 00:50
İnter Horvata elçi düşdü
"İnter" "Bakı"nın yarımmüdafiəçisi Lukas Mario Horvata təklif göndərib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun maliyyə problemləri ilə üzləşməsinə görə əksər futbolçularını itirməsini görən "bankirlər" də "zolaqlılar"ın bu legionerini ələ keçirmək istəyir.
Braziliyalı futbolçu hələlik, "Bakı"nı tərk etmək istəmir və klubun ona olan borcunun ödənilməsi ümidi ilə komandada qalmaq istəyir. Lakin böhran aradan qalxmasa, onun da digər paytaxt klubuna keçməsi mümkündü.
