9 avqust 2014 13:00
Hacıyev rəsmən İnterdə
"İnter" sıralarına daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu dünən 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə bir illik müqavilə imzalayıb.
2010 və 2011-2013-cü illərində bu komandanın şərəfini qoruyan Hacıyev yenidən "İnter"ə qayıdıb.
Qeyd edək ki, futbolçunun son çıxış etdiyi klub "Qəbələ" olub. Lakin o, baş məşqçi Dorinel Muntyanunun qərarı ilə komandadan uzaqlaşdırılmışdı.
Əlavə edək ki, Nizami Hacıyevin adı bu gün "İnter"in PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandasına qarşı meydana çıxa biləcək.
Hacıyev "İnter"də 80 nömrəli forma altında çıxış edəcək. (klub saytı)
