9 avqust 2014 00:45
Neftçi ilk oyunu səfərdə, Qarabağ evdə keçirəcək
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən hansının pley-off mərhələsindəki ilk oyunu səfərdə keçirəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə görə, həm Hollandiya "Tvente"si ilə qarşılaşmalı olan son çempion "Qarabağ", həm də Serbiya "Partizan"ına rəqib olan "Neftçi" ilk oyununu səfərdə keçirməliydi.
Amma UEFA-nın qaydalarına görə, eyni şəhərdə iki avrokubok matçı keçirilməsinə icazə verilmədiyindən, təmsilçilərimizdən birinin ilk oyunu səfərə keçirilməliydi. Artıq onlardan hansının ilk oyunu evdə keçirməyəcəyi dəqiqləşib. Belə ki, UEFA "Neftçi"nin Serbiya klubu ilə ilk matçını səfərə keçirib. "Qarabağ" isə Hollandiya klubu ilə püşkün nəticəsinə uyğun olaraq, evdə qarşılaşmalı olacaq.
