9 avqust 2014 00:35
Qarabağın rəqibindən 4 illik müqavilə
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Hollandiya "Tvente"si heyətini yeni futbolçu gücləndirib. Azerisport.az xəbər verir ki, Enshede klubu cənubiafrikalı yarımmüdafiəçi Kamoelo Mokotjo ilə müqavilə bağlayıb.
23 yaşlı xavbek son mövsümü Hollandiyanın digər təmsilçisi "Zvolle"də keçirib. Onunla 4 illik müqaviləyə imza atılıb.
