9 avqust 2014 00:25
Neftçinin rəqibi hücumçu ilə gücləndi
Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ı heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Belqrad klubu hücumçu Nenad Marinkoviçlə müqavilə bağlayıb.
26 yaşlı forvardla iki illik anlaşmaya imza atılıb. Serbiyalı futbolçunun son klubu İsrailin "Hapoel" (Akko) klubu olub.
