9 avqust 2014 00:05
"Azərbaycan klublarına qarşı heç vaxt oynamamışam"
Hollandiyanın "Tvente" klubunun hücumçusu Lyuk Kastaynos Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ"la oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Mən bu, eləcə də Azərbaycanın digər klubları ilə tanış deyiləm. Heç vaxt onlara qarşı oynamamışam. Amma bunun mənası yoxdu. Bizim əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bunun üçün isə qələbə qazanmalıyıq. Həmişəki kimi, səfər oyununda qələbəyə nail olmaq vacibdi. Düzdü, Avroliqada kimə qarşı oynayacağımızı bilməyimiz yaxşı oldu. Amma hazırda bütün diqqətimiz şənbə günü çempionatda qarşılaşacağımız "Kambur"la oyuna yönəlib".
