9 avqust 2014 12:00

Bruno Bertuççi: Partizan Koperlə Çixuradan daha güclü rəqibdi

"Neftçi"nin müdafiəçisi Bruno Bertuççinin azerisport.az saytına müsahibəsi

- Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sı üzərindəki qələbə münasibətilə nə deyə bilərsiz?
- Tam layiqli qələbə qazandıq. Yaxşı oynadıq və göstərdik ki, rəqibimizdən daha güclüyük. Şadam ki, yenidən qrup mərhələsinə vəsiqə qazanmaq şansı əldə etmişik.

- Bu oyunda sizi hətta heç-heçə də qane edirdi...
- Bəli, ev oyunundakı qolsuz heç-heçədən sonra səfərdə qollu heç-heçənin bizə sərf etdiyini bilirdik. Amma heç kim bu barədə düşünmürdü. Biz yalnız qələbə qazanmaq istəyirdik. Heç-heçəyə oynasaydıq, bu, bizim üçün yaxşı nəticələnməzdi. Ona görə də sonadək qələbəyə oynadıq.

- Üç oyun idi qol buraxmayan "Çixura"ya bir hissə ərzində üç qol vurmağı nə ilə əlaqələndirərdiz?
- Biz Gürcüstanda qol vurmağa söz vermişdik, sözümüzə də əməl etdik. Hər şey layiqli alındı. Biz pressinq edirdik, hücumlar təşkil edirdik. Məncə, biz daha çox qol vura bilərdik. Sadəcə, rəqibin bəzi epizodlarda bəxti gətirdi.

- "Neftçi" ev oyununda qazana bilmədiyi qələbəni səfər oyunlarında əldə edir. Bunun səbəbi nədi?
- Burada nəsə axtarmaq lazım deyil. Bu, futboldu. Hərdən top qapıya getmək istəmir. Əsas odu ki, qələbə qazandıq. Buna evdə, yaxud səfərdə nail olmağın fərqi yoxdu.

- "Neftçi"dən pley-offda nə gözləyək?
- Bizim hədəfimiz bununla yekunlaşmır. Yeni uğurlar qazanmalıyıq. Amma aydın məsələdi ki, növbəti rəqibimiz "Koper"lə "Çixura"dan daha güclüdü.

- İtaliya "İnter"i ilə İngiltərə "Tottenhem"inə rəqib olmaq istəmirdiz?
- "Partizan" da yaxşı komandadı. İstənilən halda bizə çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.