9 avqust 2014 22:30
Tərlan Əhmədov: Hücumçu problemini Simurqla oyunadək həll edəcəyik
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran" ilə oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün komandam sonadək döyüşdü və heç-heçəyə nail oldu. Heyətdə çoxlu yeni futbolçular var. Buna görə də xətlər arasında müəyyən problemlər mövcuddu. Həmçinin, hücumçu çatışmazlığı səbəbindən hücumun sivri ucunda yarımmüdafiəçi oynadırdıq. Növbəti turda qarşılaşacağımız "Simurq"la oyunadək hücumçu problemini həll edəcəyik. Lənkəranlılara gəlincə, hazırda onlar daha güclüdülər. Mən deyərdim ki, indiki XL ötən mövsümkü ilə müqayisədə daha güclüdü".
