9 avqust 2014 18:40
Bakı yoxlama oyunu keçirdi
Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Simurq"la oyunu baş tutmayan "Bakı" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın baş məşqçisi İbrahim Uzunca yetirmələrini ikitərəfli oyunda sınaqdan keçirib.
Qeyd edək ki, "Simurq"la oyun "Bakı"nın maliyyə problemlərini yoluna qoya bilməməsi səbəbindən təxirə salınıb.
