9 avqust 2014 18:10
Simurqda gürcü məşqçi
"Simurq" Peşəkar İdman Klubunun əsas komandasının məşqçilər heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin köməkçisi İqor Getmanın əvəzinə bu vəzifəyə gürcü mütəxəssis Zviad Jeladze gətirilib.
Onunla mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, yeni köməkçi məşqçi Zviad Jeladze buna qədər bir müddət ölkəsinin "Qaqra" klubunda köməkçi, daha sonra baş məşqçi vəzifəsində çalışıb. (klub saytı)
