9 avqust 2014 17:00
AFFA təsdiqlədi: Neftçi ilk oyununu səfərdə oynayacaq
UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" klubunun keçirəcəyi qarşılaşmanın yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, artıq bunu AFFA da rəsmən təsdiqləyib. Məlumatda bildirilir ki, UEFA turnirin Əsasnaməsinə uyğun olaraq, avqustun 21-də keçiriləcək qarşılaşmanın Bakıda yox, Serbiyada təşkil olunması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, avqustun 8-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatmanın nəticəsinə görə UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 21-də Bakıda "Neftçi" - "Partizan" (Serbiya) oyunu keçirilməliydi. Həmin gün Bakıda eyni turnirin eyni mərhələsində "Qarabağ" Hollandiyanın "Tvente" komandası ilə qarşılaşacaq.
