9 avqust 2014 14:00
Saşa Stamenkoviç: Partizan ilə oyunların münaqişəsiz keçməsi üçün əlimdən gələni edəcəm
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Partizan"ı favorit hesab edirəm, amma "Neftçi"nin də şansı var. Şadam ki, yenidən öz ölkəmdən olan komandaya qarşı mübarizə aparmaq imkanı qazandım. Bu görüşlərin münaqişəsiz keçməsi üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, iki il öncə baş verən qalmaqallı olaylar təkrarlanmayacaq. "Partizan"ı Bakıda yaxşı qarşılayacağıq. Eyni zamanda Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Baxmayaraq ki, çətin olacağını bilirik. Hər iki komanda açıq futbol sərgiləyir. Hər iki görüş maraqlı mübarizə şəraitində keçəcək".
