9 avqust 2014 13:45
Bakının legionerləri Simurq ilə oyuna çıxmaya bilər
Maliyyə problemlərini hələ də yoluna qoymayan "Bakı" bu gün Topaz Premyer Liqasının yeni mövsümündə ilk matçına çıxacaq. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma meydanında "Simurq"la üz-üzə gələcək.
Amma bu görüşdə meydan sahiblərinin daha üç futbolçusunun meydana çıxması sual altındadı. Belə ki, legioner futbolçular - Risto Ristoviç, Yure Travner və Mario Horvat klubun onlara olan borcu ödənilməsə, meydana çıxmayacaqlar.
