Yeni mövsümə heç-heçə ilə start verildi
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, 1-ci dövrənin ilk turunun 2 qarşılaşması bu gün keçirilməliydi.
Amma mövsümün açılış oyunu təyin olunan “Bakı” - “Simurq” görüşü baş tutmayıb. Buna səbəb "Bakı"nın üzləşdiyi çoxsaylı problemlərdi.
Bu üzdən də mövsümün açılış oyunu AZAL və “Xəzər Lənkəran” arasında baş tutub. Bu görüşdə heç-heçə qeydə alınıb.
Topaz Premyer Liqası
1-ci tur
9 avqust (şənbə)
18:00. Bakı - Simurq (təxirə salınıb)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
AZAL - Xəzər Lənkəran - 1:1 (0:1)
Qollar: R.Əliyev, 35 (0:1), T.Kostadinov, 74 (1:1).
Qırmızı vərəqə: Ş.Rəhimov, 59 (ikinci sarı)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
Bakı. "AZAL Arena".
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 6. Eduardo Makiel, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov (k), 14. Asif Mirili, 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 22. Eltun Yaqublu.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 5. Kərim Diniyev, 9. Aydın Qasımov, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev, 27. Rəşad Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko, 99. Dejan Blajevski.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Etame Mbilla, 12. Junior Nildo, 13. Aleksandr Şemonayev, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Oğuz Çətin.
