9 avqust 2014 01:10
Kristof Leytqeb: Qarabağa məndə böyük simpatiya yarandı
Avstriya çempionu "Zalsburq"un yarımmüdafiəçisi Kristof Leytqeb Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Qarabağ"la bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" çox güclü komandadı. Onlar bizə Bakıda qalib gəlmişdilər. Ev oyununda isə biz öz istəyimizə çatdıq. Buna baxmayaraq, qələbəni çox çətinliklə əldə etdik. "Qarabağ"a qeyri-ciddi yanaşma olmadı. Əksinə idi. Bu komandaya növbəti oyunlarında uğurlar arzulayıram. Bu komandaya məndə böyük simpatiya yarandı".
