9 avqust 2014 13:15
Əliyev Bakını tərk etdi, İnter və ya Qarabağa keçə bilər
"Bakı"nı daha bir futbolçu tərk edib. Azerisport.az xəbər verir ki, bu, müdafiəçi Şəhriyar Əliyevdi.
O, artıq "zolaqlılar"ın məşqlərində iştirak etmir. Buna səbəb isə klubun futbolçuya olan borcunun ödənilməməsidi. Son məlumata görə, Əliyev artıq komandanı tərk edib və AFFA-nın əliylə klubla olan müqaviləsinin ləğvinə nail olub.
Əliyevin yaxın günlərdə "Qarabağ" və ya "İnter"lə müqavilə imzalaması gözlənilir.
