9 avqust 2014 01:05
Predraq Luka: Neftçinin güclü komanda olduğunu bilirəm
Serbiyanın "Partizan" klubunun yarımmüdafiəçisi Predraq Luka Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan Kubokunun qalibi "Neftçi" ilə oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"yə qarşı oynamamışam. Amma güclü komanda olduğunu bilirəm. Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün oynayacağıq. Hamımızı çətin oyunlar gözləyir".
