Böyükağa Hacıyev: Çixura ayılanda qatar artıq getmişdi
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı belə şərh edib:
"Dünya pul dünyası, var dünyasıdı. Bizim pulumuz var deyə, əcnəbi futbolçular ala bilirik. Yəqin sizin də pulunuz olsa, legioner futbolçuları heyətinizə qatarsız. "Çixura" gec ayıldı. Əgər şanslarından istifadə edə bilsəydilər, hesab fərqli ola bilərdi. Rəqib oynamağa hesab 3:1 bizim xeyrimizə olanda başladı. Onda isə artıq gec idi. Qatar çoxdan getmişdi. Futbolçularımız ələ düşən digər şanslardan da yararlana bilsəydilər, hesab hətta 5:1, 6:1 də ola bilərdi. Artıq ikinci dəfədi Gürcüstan klubunu mübarizədən kənarlaşdırırıq. Azərbaycanlı jurnalistlər də şahiddilər ki, heç ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar".
