8 avqust 2014 00:45
Çixura - Neftçi matçının statistikası
UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" də növbəti oyununa çıxıb.
Paytaxt klubu Gürcüstanda yerli "Çixura" ilə qarşılaşıb. Komandamız Bakıda qolsuz heç-heçəyə razılaşdığı bu rəqibinə səfərdə 3:2 hesabıyla qalib gəlib və pley-off mərhələsinə yüksəlib.
Bu oyunun statistikası ilə sizi də tanış edirik:
Çixura - Neftçi
Qollar: 2-3
Qapıya zərbələr (çərçivəyə): 13 (8) – 14 (9)
Seyvlər: 6-6
Ofsaydlar: 0-2
Qayda pozuntuları: 11-8
Künc zərbələri: 8-4
Sarı vərəqələr: 3:5
Qırmızı vərəqələr: 0:0
