8 avqust 2014 00:30
Rövnəq Abdullayev: Pley-offda iki komandamızın olması yaxşı nəticədi
AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Normal oynadılar, yaxşı oyun idi. Xoşuma gəldi. İki komandamız Avroliqanın pley-off mərhələsində oynayacaq. Bu, yaxşı nəticədi. Ötən gün "Qarabağ"ın da səfər oyununu canlı izlədim və matçdan sonra paltardəyişmə otağına gedərək onlarla söhbət etdim. Komandaya uğurlar arzuladım. Ağdam klubunun rəqibi çox güclü idi. Sevindirici haldı ki, "Neftçi" ardıcıl ikinci rəqibinə də səfərdə qalib gələrək mərhələ adladı. Artıq püşkatmanın nəticəsini gözləyəcəyik".
