8 avqust 2014 00:25
AFFA prezidenti Neftçinin futbolçularını şəxsən təbrik etdi
AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi"ni Gürcüstan "Çixura"sı üzərində Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qazandığı qələbə münasibətilə təbrik edib. Azerisport.az xəbər verir ki, Tiflisdə keçirilmiş qarşılaşmanı canlı izləyən federasiya prezidenti oyundan sonra komandanın paltardəyişmə otağına yollanıb və futbolçularla görüşüb.
