8 avqust 2014 00:20
Qarabağ Bakıya qayıtdı
Azərbaycan çempionu "Qarabağ" Bakıya dönüb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Zalsburq"a qarşı keçirdiyi oyundan sonra Avstriyanı tərk edə bilməyən təmsilçimiz gec də olsa, ölkəyə qayıtmağa nail olub.
Qurban Qurbanovun komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, Ağdam klubunu avqustun 10-da Topaz Premyer Liqasının açılış turu çərçivəsində "Sumqayıt"la oyun gözləyir.
