8 avqust 2014 00:15
2009-ci ildən sonra ilk dəfə
Məlum olduğu kimi, Azərbaycan Avropa Liqasının pley-off mərhələsində iki klubla təmsil olunacaq. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın ardınca "Neftçi" də qitə miqyaslı turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparmaq şansı qazandı.
Bu, 2009/10 mövsümündən sonra ölkəmiz üçün ilk belə uğurdu. Beş il öncə "Qarabağ" və "Bakı" belə bir göstəriciyə imza atmışdısa, bu də Ağdam klubu "Neftçi" ilə bərabər qruplara düşməyə çalışacaq.
