8 avqust 2014 00:06
Mahmud Qurbanov: Neftçi ədalətli qələbə qazandı
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Tam ədalətli qələbədi. "Neftçi" öz səviyyəsini göstərdi. Gözəl qollar vuruldu. Artıq Avroliqanın pley-off mərhələsində Azərbaycanın iki klubu mübarizə aparacaq. Bu, məni çox sevindirir".
