8 avqust 2014 21:00
AZAL mövsümə qələbə ilə başladı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış oyununda AZAL doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşıb.
Paytaxt təmsilçisi 88-ci dəqiqədə Ruslan Getmanın vurduğu yeganə qolla rəqibini məğlub edib - 1:0.
Günün digər oyunu - "Bakı" - "Simurq" qarşılaşması isə baş tutmayıb.
