8 avqust 2014 11:01
Saşa Stamenkoviç qələbəni kimə həsr etdi?
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Çətin oyun alındı. Amma "Koper"lə oyunda olduğu kimi, səfərdə qələbə qazanıb, mərhələ adlamağı bacardıq. Bu qələbəni başını Azərbaycan yolunda qoyan insanlara həsr etmək istəyirəm".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabıyla başa çatmışdı.
