8 avqust 2014 19:20
"Qarabağ yaxşı rəqibdi, amma onları məğlub etməliyik"
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şroyder Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmaları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bilirəm ki, "Qarabağ" bizdən öncə Çempionlar Liqasında mübarizə aparırdı. Amma Avstriya "Zalsburq"una evdə 2:1 hesabıyla qalib gəlsələr də, səfərdə 2 cavabsız qolla uduzublar. "Qarabağ" yaxşı rəqibdi. Amma biz qrup mərhələsinə çıxmaq istəyirik. Bunun üçün də qələbə qazanmağımız lazımdı".
