8 avqust 2014 17:40
Elxan Məmmədov: UEFA ilk oyunlarla bağlı fərqli qərar çıxaracaq
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasındakı təmsilçilərimiz - "Qarabağ"la "Neftçi"nin pley-off mərhələsindəki rəqibləri barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mərhələdə zəif rəqib gözləməyə dəyməzdi. Ona görə də püşkün nəticəsini normal qiymətləndirirəm. "Qarabağ"la "Neftçi"nin hər ikisinin ev oyununun Bakıya düşməsinə gəlincə, fikrimcə, UEFA bununla bağlı yeni qərar çıxaracaq. Komandalarımızdan biri səfərdə oynamalıdı. Çünki qaydalara əsasən, eyni şəhərin təmsilçiləri bir gündə oynaya bilməzlər. Daha doğrusu, stadionlar arasında məsafə 60 km-dən çox olmalıdı".
