8 avqust 2014 17:20
Qarabağla Neftçidən biri ilk oyunu səfərdə keçirə bilər
Avropa Liqasının pley-off mərhələsindəki təmsilçilərimiz - "Qarabağ"la "Neftçi" müvafiq olaraq Hollandiya "Tvente"si və Serbiya "Partizan"ı ilə ilk oyunu Bakıda keçirməlidi. Amma azerisport.az xəbər verir ki, UEFA komandalarımızdan birinin ilk oyununun keçirilmə yerini dəyişə bilər.
"Neftçi" rəsmisi Tahir Süleymanov bununla bağlı saytımıza açıqlamasında fikirlərini açıqlayıb: "Qoy əvvəlkə ilk matçımızın harada keçiriləcəyinə dair rəsmi qərar açıqlansın. Biz hələ ilk oyunun Bakıda, ya Belqradda keçiriləcəyini bilmirik. "Partizan"a gəlincə, bu, bizə püşk nəticəsində qismət olub. Çalışacağıq ki, onlara qalib gələk".
