8 avqust 2014 16:30
Reynaldo: Yaxşı ki, ilk oyun evdə olacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Hollandiya "Tvente"sinə rəqib olmalarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hələ hansı komanda ilə qarşılaşacağımızı bilmirəm. "Tvente" ilə? Yaxşı komandadı. Amma bəxtimizin gətirib-gətirmədiyini demək çətindi. Artıq indidən bu komanda ilə oyunları düşünməliyik. Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik. İstənilən halda bu komandanı keçməyə çalışacağıq. Əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı".
