Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu mərhələdə iştirak edəcək 62 klub arasında iki Azərbaycan təmsilçisi də var.
"Qarabağ" bu mərhələdə Hollandiya "Tvente"si, "Neftçi" isə Serbiya "Partizan"ı ilə qarşılaşacq.
Püşkün bütün nəticələri ilə sizi tanış edirik:
Sarayevo (Bosniya və Herseqovina) - Borussiya (Münhenqladbax, Almaniya)
Astana (Qazaxıstan) - Vilyarreal (İspaniya)
Zvolle (Hollandiya) - Sparta (Çexiya)
Asteras (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail)
Dnepr (Ukrayna) - Hayduk (Xorvatiya)
Qarabağ (Azərbaycan) - Tvente (Hollandiya)
HİK (Finlandiya) - Rapid (Vyana, Avstriya)
Zimbru (Moldova) - PAOK (Yunanıstan)
Omoniya (Kipr) - Dinamo (Moskva, Rusiya)
Olimpik (Lion, Fransa) - Astra (Rumıniya)
Neftçi (Azərbaycan) - Partizan (Serbiya)
Elfsborq (İsveç) - Rio Ave (Portuqaliya)
Karabükspor (Türkiyə) - Sent-Etyenn (Fransa)
Panatinaikos (Yunanıstan) - Midtyilland (Danimarka)
Qrashpoppers (İsveçrə) - Brügge (Belçika)
Riyeka (Xorvatiya) - Şerif (Moldova)
Apollon (Limassol, Kipr) - Lokomotiv (Moskva, Rusiya)
Yanq Boyz (İsveçrə) - Debretsen (Macarıstan)
Spartak (Slovakiya) - Sürix (İsveçrə)
AEL (Kipr) - Tottenhem (İngiltərə)
Dinamo (Minsk, Belarus) - Nasional (Portuqaliya)
Petrolul (Rumıniya) - Dinamo (Xorvatiya)
Trabzonspor (Türkiyə) - Rostov (Rusiya)
Split (Xorvatiya) - Torino (İtaliya)
Aktobe (Qazaxıstan) - Legiya (Polşa)
Lokeren (Belçika) - Hall Siti (İngiltərə)
Rux (Polşa) - Metallist (Ukrayna)
PSV (Hollandiya) - Şaxtyor (Belarus)
Styarnan (İslandiya) - İnter (İtaliya)
Feyenoord (Hollandiya) - Zarya (Ukrayna)
Real Sosyedad (İspaniya) - Krasnodar (Rusiya)
Qeyd edək ki, pley-offun oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq.
