8 avqust 2014 15:40
Berti Foqts Qarabağ və Neftçinin futbolçularının xidmətindən məhrum oldu
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts avqustun 20-də keçiriləcək Özbəkistanla yoxlama oyununda "Qarabağ" və "Neftçi"nin futbolçularından yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, hər iki komandamız avqustun 21-də Avropa Liqasının pley-off mərhələsində ilk matçını keçirəcək.
Bu üzdən də bu klublar futbolçularını yığmaya buraxmayacaqlar.
