8 avqust 2014 15:15
Qarabağa Medvedev və Qurbanovdan bəd xəbər
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə səfər oyununda zədə almış futbolçuları - Maksim Medvedevlə İlqar Qurbanovun aqibətinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Maksimin 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
İlqar isə ən azı bir ay futbol oynaya bilməyəcək. Bu isə onların qarşıdakı oyunlarda komandalarına kömək edə bilməyəcəyindən xəbər verir.
