8 avqust 2014 15:00
Simurq bu gün Bakıda son məşqə çıxacaq
Avqustun 2-də Avstriyada yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini başa vuraraq ölkəyə qayıdan "Simurq" artıq Topaz Premyer Liqasının ilk turunun məşqlərini Zaqatalada davam etdirir. Azerisport.az xəbər verir ki, iki günlük istirahətdən sonra doğma arenada bir araya gələn komanda bu gün paytaxta gələcək.
Birinci turda "Bakı"nın qonağı olacaq Georgi Çixradzenin yetirmələri son məşqini qarşılaşmanın oynanılacağı ev sahibinin təlim-məşq bazaasının stadionunda edəcək.
Qeyd edək ki, "Bakı" - "Simurq" oyunu avqustun 9-da keçiriləcək və saat 18:00-da start götürəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək. (klub saytı)
