Pruidze: Bilirdik ki, qol buraxsaq, işimiz çətin olacaq
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Soso Pruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Bizim ehtiyat qüvvəmiz zəifdi. Amma bütövlükdə komandamız yaxşı oynadı. Biz yarımmüdafiəçiləri müdafiədə oynatmağa və qol buraxmamağa məcbur idik. Bilirdik ki, qol buraxsaq, çətin olacaq. Elə də oldu. "Neftçi"nin hücumçuları bizim müdafiəçilərdən daha sürətlidilər. Qonaq komandanın üzvləri fiziki cəhətdən də güclü, təcrübəlidilər. Azərbaycan klublarının maliyyə imkanları bizimkindən daha yaxşıdı. Ona görə də onlar lazım olan futbolçuları ala bilirlər. Biz isə Azərbaycan üslubundan yox, Türkiyə metodundan yararlanırıq ki, öz gənclərimizi inkişaf etdirək, üzə çıxaraq".
