8 avqust 2014 01:00
Ernest Nfor: Bu gün məndə hər şey yaxşı alındı
"Neftçi"nin futbolçusu Ernest Nfor Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Çox çətin oyun oldu. Amma şadam ki, bu görüşdən qalib ayrıla bildik. Bu gün məndə demək olar ki, hər şey alındı. Üç qol vurduğum üçün çox sevinirəm. İkinci hissədə mübarizə aparmaq çətin olsa da, duruş gətirə bildik".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabıyla başa çatmışdı.
