7 avqust 2014 12:40
Bakının namizədliyinə daha bir dəstək
Avqustun 5-dən AFFA-nın inzibati binasında Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərliyi ilə Topaz Premyer Liqası və 1-ci divizionun oyunlarına təyinat alan hakim-inspektor və AFFA nümayəndələri üçün keçirilən seminar başa çatıb. Azerisport.az xəbər verir ki, seminar iştirakçıları Bakı şəhərinin AÇ-2020-nin oyunlarına namizədliyini özündə əks etdirən bannerlə şəkil çəkdirib və bununla, Bakının namizədliyinə öz dəstəyini nümayiş etdirib. (AFFA)
