7 avqust 2014 12:25
Hinteregger: Qarabağ üzərində qələbə ilə ÇL-ə hazır olduğumuzu demək olar
Avstriya çempionu "Zalsburq"un futbolçusu Martin Hinteregger UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Bilirdik ki, çətin oyun olacaq. Amma şadıq ki, istədiyimiz nəticəni qazana bildik. Artıq Çempionlar Liqasına hazır olduğumuzu hesab etmək olar".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
