7 avqust 2014 12:10
İlsanker: Zalsburq növbəti mərhələyə layiq idi
Avstriya çempionu "Zalsburq"un futbolçusu Stefan İlsanker UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Biz növbəti mərhələyə vəsiqə qazanmağa layiq idik. Çünki bizdə əsl komanda ruhu, möhtəşəm kollektiv var. Qol vurmaq üçün çox yaxşı şanslarımız oldu. Şadam ki, elə ilk yarıda cütün taleyini həll edə bildik"
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
