7 avqust 2014 11:05
İlqar Qurbanov: Sıraya nə vaxt dönəcəyimi bilmirəm
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una cavab oyunundakı məğlubiyyətdən (0:2) və zədəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matç haqqında danışılası bir sözüm yoxdu. Üzücü məğlubiyyətdi. Əfsuslar olsun ki, erkən zədə ilə üzləşdim və meydanı tərk etməli oldu. Əzələ yırtığı qeydə alındı. Nə vaxt sıraya dönəcəyimi heç özüm də bilmirəm".
