7 avqust 2014 20:00
Neftçinin oyunu 1 dəqiqəlik sükutla başlamayacaq
Xəbər verdiyimiz kimi, “Neftçi” dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun yaxın günlərdə vəfat etməsi ilə bağlı Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda keçiriləcək cavab oyununun 1 dəqiqəlik sükutla başlanması üçün UEFA-ya müraciət etmişdi. UEFA da bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq vermişdi.
Lakin bu qərar ləğv olunub. Belə ki, görüşdən öncə klub rəsmiləri ilə UEFA nümayəndələri arasında görüş baş tutub. Görüşdə qərara alınıb ki, bir dəqiqəlik sükut ləğv olunsun. Çünki ilk oyundakı qalmaqaldan sonra gürcü azarkeşlər bir dəqiqəlik sükut zamanı xoşagəlməz addımlar ata bilərlər.
