7 avqust 2014 19:40
Cavadovla Hacıyev Türkiyə klubunda qol hesabını açdı
Azərbaycanlı futbolçular Vaqif Cavadovla Rəhman Hacıyevin Türkiyənin “Qaziantep BB” klubunun heyətində keçirdiyi “Silivrispor”a qarşı yoxlama oyunu həmyerlilərimiz üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, futbolçularımızın komandası bu görüşdə 6:0 hesablı qələbəyə sevinib.
Qollardan birini Vaqif, digərini isə Rəhman vurub. Cavadov hesabı açdığı halda, Hacıyev üçüncü qolun müəllifi olub.
Vaqif yığmamızın daha bir üzvü Ufuk Budakla birgə ilk hissədə, Hacıyev isə ikinci hissədə meydanda olub.
