7 avqust 2014 18:15
Sumqayıt 9 futbolçu ilə müqavilə imzaladı
"Sumqayıt" Futbol Klubunun əsas komandası ilə yanaşı əvəzedicilər də yeni mövsümün hazırlğını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla "Kapital Bank Arena"da məşqlərini davam etdirir.
"Sumqayıt"ın əvəzediciləri 9 futbolçu ilə güclənib. Belə ki, Kərim Dadaşov (21.04.1999), Toğrul Məhərzadə (09.10.1995), Vüsal Bayımov (18.06.1994), Rüstəm Alxasov (06.03.1996), Əsgər Nəbiyev (18.01.1995), Elsəvən Rəhimli (21.01.1994), Elçin Qasımzadə (29.07.1994), Orxan Həsənli (21.08.1994) və Tərlan Əhmədov (25.07.1996) klubla 2 illik müqavilə imzalayıb. (klub saytı)
