7 avqust 2014 18:05
Sumqayıt Qarabağla oyuna hazırlığı davam etdirir
Topaz Premyer Liqasının 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, ilk turda son çempion "Qarabağ"la üz-üzə gələcək Aqil Məmmədovun rəhbərlik etdiyi komanda itkisiz hazırlaşır.
"Sumqayıt" sabah məşqdən sonra Ağdam klubu ilə oyun üçün təlim-məşq toplaşına yığışacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqustun 10-da keçiriləcək və saat 20:00-da "Kapital Bank Arena"da start götürəcək. (klub saytı)
