7 avqust 2014 17:55
Qəbələnin sabiq oyunçusu İngiltərə klubuna keçdi
“Qəbələ”nin sabiq oyunçusu Deyan Kelhar özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, İngiltərənin “Şeffild Uensdey” klubuna keçib.
O, yeni klubu ilə yarım illik müqavilə bağlayıb. Amma tərəflərin işbirliyi uğurlu alınsa, müqavilənin yenilənməsi də mümkündü.
