7 avqust 2014 17:45
İnter sifariş ərizəsini təqdim etdi
Bu gün “İnter” yeni mövsüm üçün sifariş ərizəsini PFL-ə təqdim edib. Azerisport.az xəbər verir ki, “bankirlər” siyahıya 26 futbolçunun adını daxil ediblər:
Qapıçılar: Səlahət Ağayev, Georgi Lomaya, Elşən Poladov;
Müdafiəçilər: Yohan Bokonyano, Aleksandr Amisulaşvili, İvan Benites, Laşa Salukvadze, Cəmil Hacıyev, Azər Salahlı, Abbas Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Matiya Şpiçiç;
Yarımmüdafiəçilər: Derlis Meza Kolli, Asif Məmmədov, Mirsahib Abbasov, Coşqun Diniyev, Fuad Bayramov, Slavço Georgiyevski, Elvin Məmmədov, Mənsur Nahəvəndi, Abdulla Abatsiyev, Mikel Alvaro, Mirzağa Hüseynpur;
Hücumçular: Dieqo Madriqal, Baçana Sxadadze.
